Bir qrup hüquq müdafiəçisi və ictimai-siyasi fəal dekabrın 23-ü saat 15-dən başlayaraq Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis əməkdaşları ərazini nəzarətə alıb. Tutulanlar var. Bəzi fəalların (Xalq Cəbhəsi, Müsavat, ADR partiyalarının, D18 Hərəkatının üzvləri, hüquq müdafiəçiləri, müstəqil fəallar) səhər saatlarında saxlandığı xəbər verilir.
Məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbli aksiya Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsüdür. Bakı Şəhər İcra Hakimiyyəti piket kimi nəzərdə tutulan aksiyaya razılıq verməyib.
Müdafiə Xətti hüquq müdafiə təşkilatını 2020-ci il iyulun 20-də bir qrup hüquqçu və ictimai fəal yaradıb. Quruma hüquqşünas Rüfət Səfərov icraçı direktorluq edir.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Həmin gündən fəal Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir.
Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə müraciətlər təmin olunmayıb.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi