• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Abid Qafarov insult keçirib

  • 23 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun səhhəti ağırlaşıb. Jurnalistin həyat yoldaşı Elnurə Qafarovanın “Turan”a açıqlamasına görə, Abid Qafarov dekabrın 22-si Penitensiar Xidmətin Müalicə Müəssisəsində insult keçirib. Dekabrın 23-də yoldaşı ilə telefon əlaqəsi saxlayan Abid Qafarov bədəninin bir hissəsinin, üzünün sol tərəfinin keyidiyini, başında ağrılar, qulağında küy olduğunu deyib.

Elnurə Qafarova bildirir ki, Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Abid Qafarov müalicə müəssisəsinə noyabrın 25-də ağır vəziyyətdə köçürülüb, dekabrın 22-si orada insult keçirərək yıxılıb, həkimlər onun həyatını çətinliklə xilas ediblər.

1981-ci il təvəllüdlü Abid Qafarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Bakı Birlik Təşkilatının sədridir.

Yasamal Rayon Məhkəməsi 2022-ci il iyulun 13-də Abid Qafarovu bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib. Abid Qafarov məhkəmə zalında tutulub.

İkinci Qarabağ müharibəsi qazilərinin xüsusi ittiham qaydasında şikayətlərində Abid Qafarovun KİM TV-də müharibə veteranlarını öz hüquqları uğrunda mübarizə aparmamaqda, çarəsizlikdən ağızlarını tikməkdə, özlərini yandırmaqda, itaətkarcasına davranmaqda qınadığı əsas gətirilib.

Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqir maksimum 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Abid Qafarova 1 il həbs cəzaların toplanması üsulu ilə verilib.

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlayıb.

Yeni metro stansiyası

  • 23 Dekabr 2022
  • comments

Dövlət qulluğuna etik davranış müvəkkili gəlir

  • 23 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda