2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının 2,7 milyard dollara yaxını qeyri neft-qaz sahələrinin payına düşüb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi meyvə-tərəvəz ixracını 593,8 milyon dollar, kimya sənayesi məhsulları ixracını 360,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracını 350,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracını 202,9 milyon dollar, pambıq lifi ixracını 163 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracını 130,3 milyon dollar göstərib.
Pambıq iplik ixracı 31,3 milyon dollar, şəkər ixracı 30,8 milyon dollar, sement ixracı 30,7 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 27,6 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 22,7 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 21,5 milyon dollar, çay ixracı 10,9 milyon dollar dəyərində rəsmiləşib, 64,8 milyon dollarlıq elektrik enerjisi ixracı qeydə alınıb.