Energetika Nazirliyinin 20 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,43 dollara satılır. Bu, ayın start qiymətindən 3,39 dollar aşağı qiymətdir.
2022-ci ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68, noyabra 95,50, dekabra 87,82 dollarla başlayıb.
Yanvar-noyabr aylarında Azərbaycanda 29,8 milyon ton neft hasil olunub, 18,3 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edilib. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel, sentyabrda 543 min barrel, oktyabrda 547,2 min barrel, noyabrda 550 min barrel göstərilib.
Beynəlxalq razılaşmaya əsasən, Azərbaycanın gündəlik hasilat norması 684 min barreldir.