Müxalif fəal Bəxtiyar Hacıyevin həbsdən çıxmasına daha bir cəhd göstərilir. Novator.az-ın məlumatına görə, vəkil Aqil Layic dekabrın 19-da bəyan edib ki, Xətai Rayon Məhkəməsinə müraciət olunub, fəalın ev dustaqlığına buraxılması istənir.
Cinayət-Prosessual Məcəlləsi ev dustağı üçün yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyur.
Məhkəmə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; müəyyən şəxslərlə ünsiyyətdə olmamaq kimi əlavə vəzifələr də müəyyən edə bilər.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanan fəal dekabrın 15-i səhərdən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir, yalnız su içir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı