• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aksiya nə bəhanələr verir?

  • 14 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 12-si səhərdən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz bildirir. Yol qapadılıb.

Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır.

Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri dekabrın 3-də və 7-də Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edib.

Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.

Laçın yolundakı aksiyanı şərh edən AXCP sədri Əli Kərimli yazır ki, yolun bağlanması və bütövlükdə Qarabağda gərginliyin artması Rusiyaya sərfəlidir: “Rusiya məmnundur. Bütün dünyadan təcrid olunsa da, Ukraynada hərbi uğursuzluğa düçar olsa da, Cənubi Qafqazda işləri yaxşı gedir. Öz adamları vasitəsilə Avropa İttifaqının vasitəçilik etdiyi sülh danışıqlarını pozdu, Azərbaycan-Ermənistan danışıqlarında öz monopoliyasını ən azı indilik bərpa etdi, regionda onun “sülhməramlılarına” ehtiyac olduğunu bütün dünyaya “sübut etdi”.

Laçın yolunun bağlanmasından hələlik Rusiya və Ermənistan öz maraqları üçün daha yaxşı yaralanır. Azərbaycan hakimiyyətinin dünyada imici bərbad olduğundan aksiyaya heç bir beynəlxalq dəstək yoxdur. Rusiya və Ermənistan isə yaranmış gərginlikdən öz məqsədləri üçün istifadə edirlər.

Əvvəla, istənilən gərginlik Rusiyanın işinə yarayır. Rusiya “sülhməramlılarının” regionda daha uzun müddətə qalması üçün “əsaslar” tapmış olur.

Ermənistan, erməni təbliğatı da Laçın yolunun bağlanması faktından öz təbliğatı üçün maksimum istifadə edir. Bütün dünyaya səs salıblar ki, bizə qarşı soyqırımı hazırlanır, bizi Qarabağdan qovmaq istəyirlər. Ermənistan təbliğatı bu ağlaşma sədaları altında dünyanın beyninə yeridir ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə rəsmi Bakının verdiyi təminat yetərli deyil və onlara beynəlxalq təhlükəsizlik qarantiyaları verilməlidir.

Təbii ki, Qarabağ ərazisində ekoloji problemlərə nəzarət etmək tələbi bizim haqqımızdır. Ancaq İlham Əliyevin səhv siyasəti bizi Rusiyadan asılı, beynəlxalq aləmdən isə təcrid etdiyinə görə haqlı tələblərlə keçirilən aksiyadan da Rusiya və Ermənistan bizdən daha çox fayda götürür”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.

1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.

14 dekabr qiyməti

  • 14 Dekabr 2022
  • comments

Türkmənbaşı sammitində çıxış, razılaşmalar

  • 14 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda