Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 2,4 faiz azaldığı, qeyri neft-qaz sektorunda 9,2 faiz artdığı vurğulanır, adambaşına ÜDM 12064,2 manat göstərilir.
Novator.az əvvəlki illərin rəsmi rəqəmlərini də təqdim edir.
1995-ci ildə ÜDM 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azalıb.
1996-cı ildə ÜDM-in 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz yüksəlişi rəsmiləşib.
2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artım qeydə alınıb.
2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2018-ci il 1,5 faiz, 2019-cu il 2,5 faiz, 2021-ci il 5,6 faiz artımla yekunlaşıb.