• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvilinin oğlu müraciət yayıb

  • 13 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili dekabrın 13-də müraciət yayaraq atasının xaricdə müalicəsinə şərait yaradılmasını istəyib. Novator.az-ın məlumatına görə, Eduard Saakaşvili qeyd edir ki, hər ziyarətində enerjisi, ambisiyası, xarizması ilə tanınan atasının sürətlə geri getdiyini, səhhətinin daha da ağırlaşdığını görür: “Ailə üzvləri bu çətin vəziyyətdən çıxış yolu axtarır. Çıxış yolu isə sadədir: atama xaricdə, uyğun klinikada müalicə imkanı vermək”.

Mixail Saakaşvilinin həyat yoldaşı niderlandlı Sandra Rulofsdur. Onların iki oğlu var: Eduard 1995-ci ildə, Nikoloz 2005-ci ildə doğulub.

1967-ci il təvəllüdlü Mixail Saakaşvili Ukrayna, Fransa və ABŞ-da ali təhsil alıb.

İki dəfə parlamentin deputatı seçilib, ədliyyə naziri, Tbilisi meri olub.

2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub.

2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.

Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.

2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.

2021-ci il sentyabrın 29-da gizli yolla Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.

Tutulandan sonra sabiq prezident iki dəfə aclıq aksiyası keçirib (1 oktyabr-20 noyabr 2021-ci ildə və 21 fevral-10 mart 2022-ci ildə).

Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2022-ci il mayın 12-də Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.

Gürcüstan ombudsmanı nəzdində həkimlər şurasının üzvləri dekabrın 4-də Mixail Saakaşviliyə baş çəkib. Onların rəyinə görə, sabiq prezident həbs müddətində 42,4 kiloqram arıqlayıb.

ÜDM-in ili, illəri

  • 13 Dekabr 2022
  • comments

Orta maaş nə qədər artıb?

  • 13 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda