Dekabrın 9-da Milli Məclis Gömrük Məcəlləsində dəyişiklik layihəsinə son oxunuşda səs verib. Novator.az bildirir ki, məcəllənin 334-cü maddəsində yeniliyə görə, gömrük orqanlarının gömrük işi sahəsində aşkarladığı cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və iki gömrük ödənişinin (gömrük yığımları; haqq) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və bu məqsədlərə sərf edilir:
– müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
– dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
– gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə.