• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Sadəlövhcəsinə ümid edirlər ki…”

  • 08 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini iki oxunuşda qəbul edib. Layihəyə görə, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Siyasi partiyanı Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı təsis edə bilər. Dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələbi qoyulur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.

Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.

1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayətdir. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantını sentyabrın 7-də təqdim edib, noyabrın 21-də yenilənmiş variantını açıqlayıb. Yeni variant parlamentdə ilk oxunuşdan noyabrın 29-da, ikinci oxunuşdan dekabrın 6-da keçib.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, hakimiyyət Azərbaycan cəmiyyətinin etirazlarını, beynəlxalq çağırışları qulaqardına vurub real müxalifəti sıradan çıxarmağa hədəflənən “Siyasi partiyalar haqqında” qanunu sürətlə qəbul etmək istəyir: “Sadəlövhcəsinə ümid edirlər ki, AXCP-nin qeydiyyatını ləğv etmək və yeni real müxalifət partiyalarının yaranmasına imkan verməmək rejimi xilas edəcək. Başa düşmürlər ki, 30 il davam etmiş repressiya avtoritar idarəetmənin daimiliyinə təminat yaratmayıbsa, rejimin payızında atılan məhdudlaşdırıcı addımlar da bu təminatı yaratmayacaq.

AXCP-nin simasında real müxalifəti hüquq müstəvisindən çıxarmaq onunla nəticələnəcək ki, minlərlə cəbhəçi bütün ölkə boyu daha aktiv mübarizəyə keçəcək, mübariz insanlar kütləvi şəkildə AXCP-ni seçəcək. Rejimin real müxalifəti sıxışdırıb hüquq müstəvisindən çıxarması bütövlükdə xalqımızın müxalifətə keçməsi prosesini başa çatdıracaq, bu isə rejimin sonunu sürətləndirəcək”.

AXCP 1995-ci ildə, 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb. Əli Kərimli AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib.

Partiyaların yeni qanunu: layihə dərc edildi

“Siyasi partiyalar haqqında” qanun (Layihə)

Partiyalar üçün say ələyi

“Ölkədə elə bir müxalifət var ki…”

Nəyə hazırlıq?

Partiyaya ianə: köhnə norma, indiki, plan

Çərçivə qanunu

Qanunsuz cəza norması

Yaxın ölkələrdə partiya qurmaq şərtləri

Yeni qanun nə təhlükə doğurur?

Partiya qanunu: layihə yenilənib

“Siyasi partiyalar haqqında” qanun (Layihə)

Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?

Partiyanın ləğvi: qanun layihəsi nə deyir?

60 partiyaya 180 gün vaxt veriləcək

Hakimiyyət nədən qorxur?

Partiya qanunu ilk oxunuşdan keçdi

Partiya: yeni layihəyə etiraz, təklif

ADR yeni partiya qanununu kənara qoymağa çağırır

Pul köçürülməsinə yeni cəzalar nədən doğur?

  • 08 Dekabr 2022
  • comments

Birdəfəlik ödəmələrin yeni hesabatı

  • 08 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda