• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qanunsuz pul köçürülməsi: yeni cəzalar rəsmiləşdi

  • 06 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb.

Novator.az bildirir ki, Cinayət Məcəlləsində yeniliyə görə, qaçaqmalçılıq əlamətləri olmadan xarici ölkəyə və ya xarici ölkədən əvəzləşdirmə və başqa qarşılıqlı hesablaşma üsulları ilə xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) qanunsuz pul köçürülməsi cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya həmin miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməlləri vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə; əməllər külli miqdarda (iki yüz min manatdan artıq olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, xarici ölkəyə və ya xarici ölkədən az miqdarda (əlli min manatadək) qanunsuz pul köçürülməsi inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cəriməyə gətirir.

Nazirlər təlim poliqonunda

  • 06 Dekabr 2022
  • comments

4 il 9 ayın kursu

  • 07 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda