Noyabrın 20-dən Qətərdə keçirilən dünya futbol çempionatının 1/8 final cütlükləri bəllidir:
Niderland – ABŞ
Argentina – Avstraliya
Fransa – Polşa
İngiltərə – Seneqal
Yaponiya – Xorvatiya
Braziliya – Cənubi Koreya
Mərakeş – İspaniya
Portuqaliya – İsveçrə.
Novator.az 1/8 finalçıların əvvəlki dünya çempionatlarındakı ən yüksək nəticələrini diqqətə çatdırır: Braziliya – 5 dəfə çempion olub; Argentina, Fransa – 2 dəfə çempion olublar; İngiltərə, İspaniya – 1 dəfə çempion olublar; Niderland – 3 dəfə ikinci yeri tutub; Xorvatiya – 1 dəfə ikinci yeri tutub; Polşa – 2 dəfə üçüncü yeri tutub; ABŞ, Portuqaliya – 1 dəfə üçüncü yeri tutublar; Cənubi Koreya – 1 dəfə dördüncü yeri tutub; İsveçrə – 3 dəfə 1/4 finala çıxıb; Seneqal – 1 dəfə 1/4 finala çıxıb; Yaponiya – 3 dəfə 1/8 finala çıxıb; Mərakeş, Avstraliya – 1 dəfə 1/8 finala çıxıblar.
Çempionat dekabrın 18-də bitəcək.