Azərbaycan Mərkəzi Bankı dekabrın 1-nə pul bazasını 16 milyard 708,2 milyon manat göstərib. 2022-ci il 17 milyard 937,6 milyon manatla başlamışdı. Novator.az bildirir ki, 11 aylıq azalma 1 milyard 229,4 milyon manatdır.
Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir.
2015-ci ilin əvvəlində pul bazası 11 milyard 541,9 milyon manat, 2016-cı ilin əvvəlində 6 milyard 901,8 milyon manat, 2017-ci ilin əvvəlində 7 milyard 860,5 milyon manat, 2018-ci ilin əvvəlində 8 milyard 543,2 milyon manat, 2019-cu ilin əvvəlində 9 milyard 545,7 milyon manat, 2020-ci ilin əvvəlində 12 milyard 152,5 milyon manat, 2021-ci ilin əvvəlində 13 milyard 564,2 milyon manat olub.