Bakı Şəhər Statistika İdarəsi yeni makroiqtisadi göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2022-ci il oktyabrın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1065,5 manata çatıb.
Yanvar-oktyabr ayları üzrə sənaye istehsalı və xidmətlərinin həcmi 64,4 milyard manat göstərilir.
Açıqlamaya əsasən, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 4,6 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 51,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 6,8 faiz artıb.