• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcə layihəsi bir mərhələni də keçdi

  • 25 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Noyabrın 25-də Milli Məclis 2023-cü ilin dövlət büdcəsi layihəsini ikinci oxunuşda qəbul edib. Novator.az-ın məlumatına görə, layihədə 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur:

Gəlir mənbələri

Dövlət Neft Fondundan köçürmə – 11 milyard 280 milyon manat;

hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 6 milyard 417 milyon manat;

əlavə dəyər vergisi – 6 milyard 10,3 milyon manat;

fiziki şəxslərin gəlir vergisi – 1 milyard 680 milyon manat;

aksizlər – 1 milyard 373 milyon manat;

gömrük rüsumları – 1 milyard 332 milyon manat;

büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 726,5 milyon manat;

səhmlərində dövlətin payı olan müəssisələrdən dividendlər – 321 milyon 210 min manat;

hüquqi şəxslərin əmlak vergisi – 302,8 milyon manat;

sadələşdirilmiş vergi – 278,6 milyon manat;

dövlət rüsumu – 272 milyon manat;

mədən vergisi – 160,4 milyon manat;

yol vergisi – 135,9 milyon manat;

Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədəki topdansatış qiyməti arasındakı fərqdən yığımlar – 112 milyon manat;

hüquqi şəxslərin torpaq vergisi – 46 milyon manat;

vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar – 22 milyon manat;

dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar – 20 milyon manat;

dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar – 10 milyon manat;

xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar – 1 milyon 870 min manat;

sair daxilolmalar – 219 milyon 120 min manat.

Xərc istiqamətləri

iqtisadi fəaliyyət – 6 milyard 891,2 milyon manat;

müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat;

təhsil – 4 milyard 423,1 milyon manat;

sosial müdafiə və sosial təminat – 4 milyard 415,9 milyon manat;

ümumi dövlət xidmətləri – 3 milyard 786,7 milyon manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 742,8 milyon manat;

səhiyyə – 1 milyard 906,4 milyon manat;

kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 562,8 milyon manat;

ətraf mühitin mühafizəsi – 371,1 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 349,9 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 327,9 milyon manat.

Büdcə zərfinə başqa sənədlər də daxildir.

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində gəlirlər və xərclər 6 milyard 263,9 milyon manat, işsizlikdən sığorta fondunun büdcə layihəsində gəlirlər və xərclər 212,7 milyon manat göstərilir.

2023-cü il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 246 manat götürülür.

“Pəncərədən baxasan o qarışıq şəhərə…” (Şeir...

  • 25 Noyabr 2022
  • comments

Abırlı adamın abır saxlamağı

  • 25 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda