2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracının 2,3 milyard dollarından çoxu neft-qaz sektoruna aid olmayan sahələrin payına düşüb. Novator.az hesabatı yayan Dövlət Gömrük Komitəsinin saytında əsas məhsulların siyahısına nəzər salıb.
Meyvə-tərəvəz ixracı 488,4 milyon dollar, kimya sənayesi məhsulları ixracı 329,2 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 320,6 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracı 176,2 milyon dollar, pambıq lifi ixracı 153,8 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracı 119,9 milyon dollar göstərilir.
Məlumata görə, pambıq iplik ixracı 29,9 milyon dollar, şəkər ixracı 27,5 milyon dollar, sement ixracı 27,1 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 25,3 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 18,7 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 17,8 milyon dollar, çay ixracı 10,1 milyon dollar dəyərində rəsmiləşib, 64,8 milyon dollarlıq elektrik enerjisi ixracı qeydə alınıb.
Neftsiz ixracın əsas ünvanları Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, ABŞ, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya olub.