2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 11,5 milyard dollar dəyərində idxal qeydə alınıb. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla rəsmi göstəriciləri təqdim edir:
maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 2,3 milyard dollar;
yeyinti məhsulları – 1,8 milyard dollar;
nəqliyyat vasitələri və onların hissələri – 1,4 milyard dollar;
qara metallar və onlardan hazırlanan məmulatlar – 829,6 milyon dollar;
əczaçılıq məhsulları – 543 milyon dollar;
plastmas və onlardan hazırlanan məmulatlar – 390,7 milyon dollar;
oduncaq və ondan hazırlanan məmulatlar – 305,6 milyon dollar;
geyim və geyim ləvazimatı – 235,3 milyon dollar;
mebel və onun hissələri – 88,6 milyon dollar;
tütün və tütün məmulatları – 81,3 milyon dollar;
gübrələr – 69,8 milyon dollar;
başqa mal və məhsullar – 3,4 milyard dollar.