“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələbi qoyur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.
1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayətdir. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır və onları yenidən qeydiyyata alınmaq prosesi gözləyir.
Novator.az partiyaların qeydiyyat illərinə nəzər salıb:
1992-ci il – Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası;
1993-cü il – Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası;
1994-cü il – Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası;
1995-ci il – Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası;
1998-ci il – Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası;
1999-cu il – Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası;
2000-ci il – Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası;
2002-ci il – Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası;
2005-ci il – Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası;
2007-ci il – Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası;
2008-ci il – Azərbaycan Milli Demokrat Partiyası;
2009-cu il – Aydınlar Partiyası;
2011-ci il – Milli Dirçəliş Hərəkatı Partiyası;
2020-ci il – Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası;
2021-ci il – Azərbaycan Yüksəliş Partiyası, Haqq-Ədalət Partiyası;
2022-ci il – Yeni Yol Partiyası, Azad Vətən Partiyası.
Partiya qanunu: layihə yenilənib
“Siyasi partiyalar haqqında” qanun (Layihə)