• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Partiyanın ləğvi: qanun layihəsi nə deyir?

  • 22 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisin noyabrın 21-də yenilədiyi “Siyasi partiyalar haqqında” qanun layihəsi partiyanın məhkəmə qərarı əsasında ləğvi mexanizmini də nəzərdə tutur. Layihəyə görə, bu hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılır: siyasi partiya qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda; qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda; fəaliyyəti dayandırılmış siyasi partiya qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda; dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.

Novator.az bildirir ki, 4.3-cü maddəyə əsasən, siyasi partiyaların bu məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir: Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi; terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği; irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 7.3.2-ci maddəyə görə, həmin tələbin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halı dövlət qeydiyyatının ləğvi barədə məhkəmə iddiası qaldırmağa əsas yaradır.

8.9-cu maddə siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra 30 gün müddətində icra hakimiyyəti orqanına pozuntuları aradan qaldırıb bu barədə məlumat təqdim etməməsinə və pozuntuların tam aradan qaldırılmamasına görə məsuliyyəti rəsmiləşdirir.

4.13-cü maddənin birinci cümləsində qeyd olunur ki, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.

Qüvvədə olan qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.

Ölkədə 60 partiya dövlət qeydiyyatındadır. Qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur.

Partiya qanunu: layihə yenilənib

“Siyasi partiyalar haqqında” qanun (Layihə)

Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?

Neft büdcə qiymətinə enir

  • 22 Noyabr 2022
  • comments

Əli Əliyevə dördüncü hökm

  • 22 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda