• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sanksiya hədəsinin riski

  • 18 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanda Fransa şirkətlərinə sanksiyalar tətbiq etmək hədələrini dayandırmağa çağırır.

Fransa parlamentinin yuxarı palatası olan Senat 15 noyabr qətnaməsində Azərbaycanı Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırıb, hökuməti Azərbaycana sanksiyalar (ölkə liderlərinin aktivlərinin müsadirəsi, Azərbaycandan neft və qaz almağa embarqo qoyulması) tətbiqinə çağırıb, Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağın zəruri olduğunu vurğulayıb. Azərbaycan Milli Məclisinin 16 noyabr iclasında həmin qətnamə pislənib, hökumətə çağırışlar edilib. Çağırışların içində Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi və Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması da var.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, Azərbaycanın mədən-hasilat sənayesi, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sahələrində 50-dək Fransa şirkəti fəaliyyət göstərir: “Onların arasında tanınmış “Total” şirkəti də var. Bu günə qədər Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,25 milyard dollara qədər sərmayə qoyub.

2022-ci ilin yanvar-oktyabr aylarında Fransa ilə xarici ticarət dövriyyəsi 235,7 milyon dollar olub, onun 49,5 milyon dollarını ixrac, 186,2 milyon dollarını idxal təşkil edib. Fransa Azərbaycanın idxalda 15-ci tərəfdaşıdır, ixracda isə ilk 20-liyə də düşmür.

Fransa ilə Azərbaycanın iqtisadi əlaqələri sıx deyil, amma bu ölkənin şirkətlərinə sanksiyalar tətbiq etmək çağırışları ziyanlıdır, onu dayandırmaq lazımdır. Belə çağırışlar Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektoruna hər il azalan xarici yatırımları daha da məhdudlaşdırmaqla yanaşı xarici şirkətlərin Azərbaycanı tərk etməsinə gətirib çıxara bilər. Onsuz da milli iqtisadiyyatın xarici kapitala və texnologiyalara ehtiyacının kəskin artdığı indiki dövrdə xarici şirkətlər əlverişsiz investisiya mühitinə və inhisarçılığa görə Azərbaycanı tərk edirlər. Unutmayaq ki, dünyanın 500 iri şirkətindən 28-i Fransada yerləşir”.

Fransadan erməni küləyi

15 noyabr qətnaməsinə şərh

Niyə belədir?

Parlamentin hökumətə çağırışı

Senat olayının dərsləri

İranın Azərbaycan və Bəhreyn xofu – “Yerusəl...

  • 18 Noyabr 2022
  • comments

Fəxri adların təqaüdü

  • 18 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda