Moldovanın sabiq prezidenti İqor Dodon ev dustaqlığından azad edilib. Novator.az-ın məlumatına görə, qərarı noyabrın 18-də Ali Məhkəmə Palatası çıxarıb. Məhkəmə nəzarətinə verilən sabiq prezidentin ölkəni tərk etməsinə 60 günlük yasaq qoyulub.
1975-ci il təvəllüdlü İqor Dodon 2016-2020-ci illərdə prezident olub. Əvvəllər Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub, Sosialist Partiyasına sədrlik edib.
2022-ci il mayın 24-ü paytaxtı Kişinyovda tutulan İqor Dodon mayın 26-dan ev dustağı idi. Ona passiv korrupsiya, siyasi partiyanın cinayət təşkilatı vasitəsilə maliyyələşdirilməsi, qanunsuz sərvət yığımı, dövlətə xəyanət, dövlətə külli miqdarda ziyan vurmaq ittihamları irəli sürülüb.
İqor Dodon Rusiyaya bağlı siyasətçi kimi tanınır.