• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa qoruğu: Müşahidə Şurasının bir üzvü dəyişdi

  • 17 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Noyabrın 17-də prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasını yeniləyib.

Novator.az bildirir ki, oktyabrın 21-də imzalanan prezident fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin etdiyi icraçı direktor həyata keçirəcək.

Dövlət başçısının 21 oktyabr sərəncamı ilə Müşahidə Şurasının tərkibi belə təsdiqlənmişdi: Aydın Kərimov – prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi (sədr), Elnur Əliyev – iqtisadiyyat nazirinin birinci müavini, Elnur Əliyev – mədəniyyət nazirinin birinci müavini, Namiq Hümmətov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Azadə Hüseynova – Dövlət Turizm Agentliyi sədrinin müavini (üzvlər).

Noyabrın 1-də cinayət məsuliyyətinə cəlb olunan Elnur Əliyev noyabrın 3-də mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Prezidentin 17 noyabr sərəncamı ilə Elnur Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasından da çıxarılıb, onu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli əvəzləyib.

Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Qarabağda rayon mərkəzi olub.

1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.

2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.

2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub, mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, iyunun 22-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri postuna təyinat alıb.

Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir. Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd və Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.

Büdcə ilk oxunuşu keçdi

  • 17 Noyabr 2022
  • comments

Azərbaycanın əsas ticarət tərəfdaşları

  • 18 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda