• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert nazirin iddiasını necə şərh edir?

  • 17 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Parlamentin 16 noyabr iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin real gəlirlərinin inflyasiya tempini üstələdiyini deyib. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev nazirin iddiası ilə razılaşmadığını yazır: “Əvvəla, Azərbaycanda inflyasiyanın hesablanması üçün ev təsərrüfatlarının ən son büdcə müayinəsinin nəticələri əsas götürülür. Bu müayinəyə əsasən, 2021-ci ilin sonuna qida məhsullarının (+alkoqollu içkilər və tütün) əhali istehlakında payı 45 faiz ətrafında olub. Mərkəzi Bankın analoji statistikası daha yüksək rəqəm göstərir – 56 faiz.

Ərzaq inflyasiyası xidmət və qeyri-qida inflyasiyasından az qala üç dəfə yüksəkdir, deməli, inflyasiya səbətində ərzağın payının az qala dörddə bir həcmdə azaldılaraq istehlak qiymətləri indeksinin hesablanması inflyasiya səviyyəsini xeyli təhrif edir. İnflyasiya hesablanmasında ərzağın payı Mərkəzi Bankın rəqəminə uyğun götürülsə, orta illik inflyasiya səviyyəsi 13,5 faiz yox, ən azı 16 faiz olacaqdı. Bizdə inflyasiyanı süni şəkildə azaldan başqa bir amil də var: səbətin tərkibi bir çox ölkə ilə müqayisədə daha geniş götürülür.

İkincisi, Azərbaycan əhalisinin istehlakında ərzaq az qala 60 faizə çatdığı üçün real gəlirlərin hesablanması baxımından istehlak qiymətləri indeksinə yox, ərzaq inflyasiyasına baxmaq lazımdır. Rəsmi məlumata görə, 2022-ci il sentyabrın sonuna orta illik inflyasiya 13 faiz olduğu halda ərzaq inflyasiyası 20 faizə yaxınlaşıb. Ərzaq inflyasiyasının bu səviyyəsi orta maaşın artım tempini 6 faiz üstələyib, adambaşına gəlirlərin artım tempi ilə eyni səviyyədə olub.

Üçüncüsü, bizdə orta illik deyil, illik inflyasiya səviyyəsinə baxmaq lazımdır. Ən son məlumata görə, illik inflyasiya səviyyəsi orta göstəricidən çoxdur və nominal orta maaşın artımını 2 faizə yaxın üstələyir. Sırf bu göstəricidən çıxış etsək, real əməkhaqqının ən azı 2 faiz, qidanın xüsusi çəkisini Mərkəzi Bankın statistikasına uyğun götürdükdə isə ən azı 5 faiz azaldığı aydın görünür”.

Senat olayının dərsləri

  • 17 Noyabr 2022
  • comments

Xarici medianın Azərbaycan qeydiyyatı

  • 17 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda