• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən Azərbaycan qərarları

  • 10 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan qərarları elan edib. Aihmaz.org xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları alınmış 22 şikayətçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan mülkiyyət hüquqlarının pozulduğu qənaətinə gəlinib. Qərara əsasən, məhkəmə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayır, Azərbaycan dövləti 3 ay ərzində bununla bağlı yazılı təqdimat göndərməlidir.

Bakıda Qış parkı kimi tanınan ərazinin yerində olmuş tikililərin, evlərin sökülməsi üzrə verilmiş 14 şikayəti birgə araşdıran məhkəmə mülkiyyət hüquqlarına müdaxilənin olduğunu, 4 ərizəçinin həmçinin ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu təsdqiqləyib. Qərara görə, məhkəmə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayır, Azərbaycan dövləti 3 ay ərzində bununla bağlı yazılı təqdimat göndərməlidir.

2015-ci ildə müxtəlif cinayətlərdə təqsirli sayılaraq həbs edilən Elman Ağayev işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu məsələsini qaldırıb. Azərbaycan dövləti dostca anlaşdığı ərizəçiyə 8 min avro təzminat ödəməlidir.

“Yehova şahidləri” dini icmasının təsisçiləri Leonid Moroz və Kiril Stepanov icmanın dövlət qeydiyyatına alınmamasından narazı qalıblar, Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan bir çox hüquqlarının pozulduğunu iddia ediblər.

Kommunikasiya mərhələsində dövlət ərizəçilərə 5500 avro təzminat ödəməyə boyun olub.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Türk zirvəsinə

  • 10 Noyabr 2022
  • comments

Rusiyanı necə dayandırmaq? – “Nyu-York Tayms”

  • 10 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda