ABŞ Konqresinə noyabrın 8-də keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanır.
Novator.az bildirir ki, seçkilərdə 435 nəfərlik alt qanad – Nümayəndələr Palatası tam yenilənir, 100 nəfərlik yuxarı palatanın – Senatın 35 üzvü müəyyənləşir.
İlkin hesabatlara görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 218, Demokratlar Partiyası 217 yer götürür.
Senata respublikaçıların 18, demokratların 12 mandat qazandığı xəbər verilir.
2021-ci il yanvarın 20-dən ölkədə prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur.
ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir. Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın üzvü və sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.
Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.