• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Son oxunuşdan keçən layihələr

  • 05 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin 5 noyabr iclasında bir neçə qanun layihəsi son oxunuşdan keçib.

Novator.az bildirir ki, Cinayət Məcəlləsinə əlavə edilən maddəyə görə, Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana əvəzləşdirmə və başqa qarşılıqlı hesablaşma üsulları ilə xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) qanunsuz pul köçürülməsi cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməlləri vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə; əməllər külli miqdarda (iki yüz min manatdan artıq olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

İnzibati Xətalar Məcəlləsində yeniliyə əsasən, Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana az miqdarda (əlli min manatadək) qanunsuz pul köçürülməsi inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cəriməyə gətirir.

Digər yeniliklər 2022-ci il sentyabrın 1-dən tətbiq edilməlidir.

“Prokurorluq haqqında” qanunda yeniliyə görə, hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına şamil olunmur.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda yenilik təklifi prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilməsi qaydasının ləğvini nəzərdə tutur.

Başqa təklifə əsasən, prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” qanuna uyğun həyata keçirilir; hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına hərbi qulluqçular üçün müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.

Başqa bir təklif prokurorluq işçilərinin hər ay vəzifə maaşlarının 1,25 misli məbləğində vəzifə maaşına əlavə almasını nəzərdə tutur.

Həmçinin prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Fransa millətçilərinə yeni lider seçildi

  • 05 Noyabr 2022
  • comments

2023-cü il büdcəsinin xərc istiqamətləri

  • 05 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda