• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qadağa qüvvədə qaldı

  • 04 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağadan şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, Binəqədi Rayon Məhkəməsinin bu haqda qərarı qüvvədə qalıb.

Ev dustağı məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməlidir. Elçin Sadıqov ev dustaqlığı ərazisinin paytaxt Bakıdan bütün Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmamışdı.

Vəkil bildirir ki, ev dustaqlığı barədə məhkəmə qərarlarının əksəriyyətində şəxslərə hansısa bölgəni yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur, ona tətbiq edilən məhdudiyyət vəkil kimi fəaliyyətini buxovlayır.

Noyabrın 4-də yaydığı məlumatda vəkil qeyd edib ki, Baş Prokurorluğun İstintaq İdarəsi onun axtarış zamanı götürülmüş iki mobil telefonunu hələ də özünə qaytarmayıb.

2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Elçin Sadıqov əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb. O, sentyabrın 10-da, “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

Həbsin əks-sədası

Əvəz Zeynallı həbsdə saxlandı

Elçin Sadıqov həbsdən çıxdı

Əvəz Zeynallı evə buraxılmadı

Əvəz Zeynallıya yeni ittihamın detalları

Prezidentə Əvəz Zeynallı müraciəti

Əvəz Zeynallı vəzifəli şəxsdirmi?

Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”

Vəkilin şikayətinə baxılacaq

Yox cavabı

  • 04 Noyabr 2022
  • comments

Dollar dayanacağı

  • 05 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda