Dövlət xadimi Fazil Məmmədov noyabrın 4-nə keçən gecə vəfat edib. Ürək çatışmazlığından əziyyət çəkən Fazil Məmmədov Türkiyədə müalicə olunurdu.
Novator.az bildirir ki, Fazil Mәmmәdov 1964-cü ildә doğulub. İndiki Azәrbaycan Dövlət İqtisad Universitetini bitirib.
Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri, Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb, Maliyyә-Kredit Texnikumunun müәllimi, kafedra müdiri olub.
“Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri, Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri, Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, komitә sәdrinin müavini postlarını tutub.
1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib, 2000-ci il fevralın 11-dәn 2017-ci il dekabrın 5-dək vergilәr naziri vəzifəsində xidmət edib.