Qadağa qüvvədə qaldı
Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağadan şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, Binəqədi Rayon Məhkəməsinin bu haqda qərarı qüvvədə qalıb. Ev dustağı məhkəmənin müəyyən etdiyi ...
Yox cavabı
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəsmilərinin piketlə bağlı müraciətinə mənfi cavab verib. Partiya piketi noyabrın 11-i saat 15-də İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək, sosial və siyasi tələblər qoymaq istəyir. Noyabrı...
Bakıda yeni zavod
Noyabrın 4-də prezident İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” MMC-nin zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Xəbəri AZƏRTAC yayıb.
Bahəddin Həzinin kitabı təqdim olunacaq
Noyabrın 5-i, saat 14-də Bakıda, “Park Bulvar”da əməkdar jurnalist, siyasi publisist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü keçiriləcək. “Qanun” nəşriyyatının buraxdığı kitabda Bahəddin Həzinin publisistik yazıları, esseləri, xatirələri, bədii əsərləri toplanıb. “Həyatımın ölümcül...
Siyasi məhbus siyahısı yenilənib
Hüquq müdafiəçiləri Leyla Yunusla Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 4 noyabr məlumatına görə, siyasi məhbus sayılan 100 nəfər 7 qrupa bölünüb. 6 jurnalist və bloqçu, müxalif partiyaların və hərəkatların 4 üzvü, Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir, 18 inan...
50 ölkədən uyğur bəyanatı
50 ölkə Çində uyğurların vəziyyəti ilə bağlı bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, sənədi ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Kanada, Çexiya, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latv...
Ruben Vardanyan işğalçı rejimdə post aldı
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan noyabrın 4-də Ruben Vardanyanı “dövlət naziri” təyin edib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır. Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Uni...
Bizim İlqar
Şuşalılar bəzən soyadı əvvələ çəkir. Onun da qismətinə düşüb: yeniyetməliyində və ilk cavanlığında Kərimov Vaqifin oğlu deyə tanınıb, sonra Kərimov İlqar kimi. Yaş fərqimiz var İlqarla, nə Şuşada yaxınlığımız olub, nə qaçqınlığın siftə illərində, yalnız xeyirdə-şərdə hal-əhval tutmuşuq. Son səkkiz i...
Avropa Məhkəməsindən qərar anonsu
Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə 3 qərar elan edəcək. Aihmaz.org xəbər verir ki, 82 ərizəçinin şikayətinə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları – ev, mənzil, torpaq, qeyri-yaşayış sahəsi – dövlət orqanlarının sərəncamları əsasında və ya sərəncam olmad...
Ermənistanla müqayisələr
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycan və Ermənistanın 2023-cü il büdcələrinin bəzi göstəricilərinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq, bunun 48...
Ruslar Ukraynada döyüşdürməyə əfqan ovlayır – “Associated Press”
Rusiya Əfqanıstanda Amerika ordusu ilə çiyin-çiyinə döyüşmüş əsgərləri Ukrayna müharibəsinə cəlb etmək üçün iş aparır. Xəbəri ABŞ-ın “Associated Press” agentliyi yayıb. 2001-ci il sentyabrın 11-də Əfqanıstanı idarə edən “Taliban” hərəkatı liderlərinin dəstəklədiyi “Əl-Qaidə” terror təşkilatı ABŞ-da ...
Fazil Məmmədov vəfat edib
Dövlət xadimi Fazil Məmmədov noyabrın 4-nə keçən gecə vəfat edib. Ürək çatışmazlığından əziyyət çəkən Fazil Məmmədov Türkiyədə müalicə olunurdu. Novator.az bildirir ki, Fazil Mәmmәdov 1964-cü ildә doğulub. İndiki Azәrbaycan Dövlət İqtisad Universitetini bitirib. Gәncәdә Sәnaye-Tikinti Bankında iqtis...
3 turnir, 24 ölkə, 64 komanda
UEFA-nın klub turnirlərində 2022-2023 mövsümünün qrup raundları bitib. Novator.az bildirir ki, növbəti mərhələlərə 24 ölkənin 64 komandası çıxıb: Çempionlar Liqasında 16, Avropa Liqası və Konfrans Liqasının hər birində 24 komanda yer alır. Çempionlar Liqasındakı komandaların 9-u titul sahibidir. 195...