Manatın sabitliyini qoruyan valyuta hərraclarının statistikası yenilənib. Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi hərraclarda 4 milyard 179,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon, avqustda 440,5 milyon, sentyabrda 465,3 milyon, oktyabrda 321,9 milyon dollar alınıb.
2016-cı ildə analoji xərc 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar göstərilib.
Mərkəzi Bank 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının kursunu 0,7844 manatdan 1,5594 manata yüksəldib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.