Noyabrın 3-də fərman imzalayan prezident İlham Əliyev “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası”nı təsdiqləyib.
Başqa fərmanla “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında əsasnamə” və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında əsasnamə” rəsmiləşib (1, 2).
Novator.az bildirir ki, “Fövqəladə vəziyyət haqqında” qanuna görə, Azərbaycanda fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 günü ötə bilməz. Həmin müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti uzağı 60 gün artırıla bilər.
Müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının aktları fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə bu rejimin tətbiqi barədə normativ hüquqi akta zidd olarsa, onların qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dayandırıla bilər.
Fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.