Ermənistanda ədliyyə naziri kürsüsü boşdur. Oktyabrın 5-də nazir postundan istefa verən, iki gün sonra Ali Məhkəmə Şurasının sədri seçilən Karen Andreasyanın yerinə hələ təyinat olmayıb.
Novator.az bildirir ki, Nüvə Təhlükəsizliyi Komitəsinin sədri, Təhsil Müfəttişliyinin rəhbəri vəzifələri də vakantdır.
Baş nazir Nikol Paşinyanın iki müavini var: Mger Qriqoryan və Ambarsum Matevosyan.
Ararat Mirzoyan xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Armen Pambuxçyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Tiqran Xaçatryan maliyyə naziri, Robert Xaçatryan yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Akop Simidyan ətraf mühit naziridir.
Hökumətdə birbaşa baş nazirə tabe olan 3 qurum, Nazirlər Kabineti yanında 5 komitə, 6 müfəttişlik yer alır.