• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Braziliyada narahatlıq: Bolsonaru məğlubiyyətini qəbul edəcəkmi?

  • 31 Oktyabr 2022
  • comments
  • Səidə Hüseynova
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır ki, prezident seçkisi başa çatsa da, dünyanın ən iri demokratik ölkələrindən olan Braziliyada narahatlıq hökm sürür: Bolsonaru məğlub olduğunu qəbul edəcəkmi?

Jair Bolsonaru 2019-cu il yanvarın 1-dən Braziliyaya rəhbərlik edir. O, 2018-ci il oktyabrın 28-də prezident seçilib.

2022-ci ilin oktyabr ayının 2-də Braziliyada növbəti prezident seçkisi keçirilib. İlk turda 11 namizəd yarışıb, sabiq prezident Luis İnasiu Lula da Silva 48,4 faiz, Jair Bolsonaru isə 43,2 faiz səs toplayıb.

Oktyabrın 30-da keçirilən ikinci turda Luis İnasiu Lula da Silva 50,8 faiz səslə Jair Bolsonarunu məğlub edib.

Luis İnasiu Lula da Silva prezident kürsüsünü 2003-2010-cu illərdə tutub. 2018-2019-cu illərdə korrupsiya ittihamı ilə həbsdə olub, 2021-ci ildə bəraət alıb.

Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” qəzeti yazır ki, Jair Bolsonaru demokratik institutları illərlə tənqid və təhdid edib: “O, daima demokratik təsisatlara qarşı çıxıb, səsvermə sisteminə müdaxilə etməyə çalışıb, nəticədə milyonlarla braziliyalının ədalətli seçkilərə inamını sarsıda bilib. Ona görə hazırda Braziliyanın 217 milyon nəfərlik əhalisinin böyük bir qismini bu sualın cavabı maraqlandırır: Jair Bolsonaru öz məğlubiyyəti ilə barışacaqmı?”

Bəzi məlumatlara görə, ikinci turun nəticəsi elan olunandan az sonra Jair Bolsonaru öz iqamətgahında oğlu ilə birlikdə bir küncə çəkilib. Onun hökumət üzvlərini görmək istəmədiyi deyilir.

Bolsonaru hələ də susur, bu dəqiqəyədək o, seçkinin nəticəsinə münasibət bildirməyib.

Bolsonarunun susqunluğu narahatlıq doğursa da, “Nyu-York Tayms” qəzeti prezidentin tərəfdarları və müttəfiqləri arasında seçkinin rəsmi nəticələrini şübhə altına almaq cəhdlərinin müşahidə olunmadığını xəbər verir.

Mənbə: Nytimes.com

Dəmiri isti-isti…

  • 31 Oktyabr 2022
  • comments

Neftsiz ixracın lider məhsulları

  • 31 Oktyabr 2022
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə bir sual

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda