• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkilin Bakı dustaqlığı

  • 27 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ev dustağı olan vəkil Elçin Sadıqov Azərbaycan ərazisində sərbəst hərəkət edə bilmədiyini yazır. O bildirir ki, ev dustaqlığı ərazisinin paytaxt Bakıdan bütün Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmayıb, həmin qərardan apellyasiya şikayəti verib: “Ev dustaqlığı barədə məhkəmə qərarlarının əksəriyyətində şəxslərə hansısa bölgəni yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur. Mənə tətbiq olunan məhdudiyyət vəkil kimi fəaliyyətimi buxovlayır. Həbsimdən əvvəl bölgələrdəki müvəkkillərimin də hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququnu pozurlar”.

Novator.az bildirir ki, Elçin Sadıqov sentyabrın 10-da, “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.

Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə görə, ev dustağı bu vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

Məhkəmə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; müəyyən şəxslərlə ünsiyyətdə olmamaq kimi əlavə vəzifələr də müəyyən edə bilər.

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

Həbsin əks-sədası

Əvəz Zeynallı həbsdə saxlandı

Elçin Sadıqov həbsdən çıxdı

Əvəz Zeynallı evə buraxılmadı

Əvəz Zeynallıya yeni ittihamın detalları

Prezidentə Əvəz Zeynallı müraciəti

Əvəz Zeynallı vəzifəli şəxsdirmi?

Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”

Daimi işğal, əbədi müharibə arzusu

  • 27 Oktyabr 2022
  • comments

Niyə tıxacdayıq?

  • 27 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda