Oktyabrın 26-da sərəncam imzalayan dövlət başçısı İlham Əliyev İsa Həbibbəylini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təsdiqləyib.
İsa Həbibbəyli oktyabrın 25-i AMEA-nın ümumi yığıncağında prezident seçilib, həmçinin yeni nizamnamə qəbul edilib.
1949-cu il təvəllüdlü İsa Həbibbəyli filologiya elmləri doktoru, Ədəbiyyat İnstitutunun direktorudur, 2013-cü ildən AMEA-nın vitse-prezidenti olub. Əməkdar elm xadimidir.
2005-ci ildən Milli Məclisin deputatıdır.
Novator.az bildirir ki, əsası 1945-ci ildə qoyulan AMEA-nın prezidenti postunu bu şəxslər tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə, Ramiz Mehdiyev.