UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə qrup raundunun beşinci turu start götürüb. Novator.az bildirir ki, oktyabrın 26-dək 1/8 finalın 9 iştirakçısı bəllidir: A qrupundan “Napoli”, B qrupundan “Brügge”, C qrupundan “Bavariya”, E qrupundan “Çelsi”, F qrupundan “Real”, G qrupundan “Mançester Siti”, “Borussiya” (Dortmund), H qrupundan PSJ, “Benfika” növbəti mərhələyə vəsiqəni təmin edib.
Qruplarda ilk iki yeri tutan komandalar 1/8 finala adlayır.