• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Akademiya prezident seçdi

  • 25 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib, yeni nizamnamə qəbul edilib, İsa Həbibbəyli prezident seçilib.

1949-cu il təvəllüdlü İsa Həbibbəyli filologiya elmləri doktoru, Ədəbiyyat İnstitutunun direktorudur.

Naxçıvan Dövlət Universitetinin rektoru olub. 2013-cü ildən AMEA-nın vitse-prezidenti idi.

Əməkdar elm xadimidir.

2005-ci ildən Milli Məclisin deputatıdır.

Novator.az bildirir ki, ümumi yığıncaq AMEA-nın ali idarəetmə orqanıdır. Həqiqi üzvlərdən ibarət ümumi yığıncağın seçdiyi prezident Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənməlidir.

Əsası 1945-ci ildə qoyulan AMEA-nın prezidenti postunu bu şəxslər tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə, Ramiz Mehdiyev.

2022-ci il fevralın 19-dan prezident səlahiyyətləri birinci vitse-prezident vəzifəsinin icraçısı Arif Həşimovda idi.

Prezident İlham Əliyevin 28 iyul 2022-ci il fərmanı ilə Təhsil Nazirliyinin və AMEA-nın bazasında Elm və Təhsil Nazirliyi yaradılıb. Akademiyanın bəzi qurumları Elm və Təhsil Nazirliyinin, bəzi qurumları Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, bəzi qurumlar onun strukturunda saxlanıb.

Sentyabrın 30-da Nazirlər Kabineti akademiyanın strukturunu belə müəyyən edib: Rəyasət Heyətinin Aparatı; Respublika Seysmoloji Xidmət Mərkəzi; Tarix İnstitutu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu; Şərqşünaslıq İnstitutu; Fəlsəfə və Sosiologiya İnstitutu; Ədəbiyyat İnstitutu; Dilçilik İnstitutu; Memarlıq və İncəsənət İnstitutu; Əlyazmalar İnstitutu; Folklor İnstitutu; Qafqazşünaslıq İnstitutu; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Lənkəran Regional Elmi Mərkəzi; Şəki Regional Elmi Mərkəzi; Mərkəzi Elmi Kitabxana; “Elm” Nəşriyyatı; Naxçıvan bölməsinin Aparatı; Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Əlyazmalar Fondu; Gəncə bölməsinin Aparatı; Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr – Humanitar Tədqiqatlar İnstitutu; Diyarşünaslıq İnstitutu; Nizami Gəncəvi Mərkəzi.

Yeni qanun nə təhlükə doğurur?

  • 25 Oktyabr 2022
  • comments

Kremlin əkdiyi nifrət toxumu efirlərdə “bar verir”

  • 25 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda