• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dörd partiyanın təklifləri

  • 19 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli İstiqlal Partiyası, Ağ Partiya, Böyük Azərbaycan Partiyası və Xalq Partiyasının rəhbərləri oktyabrın 18-i Bakıda “Azərbaycan – Ermənistan: sülh, ya müharibə?” mövzulu dinləmə keçirib. Xalq Partiyasının sədri Pənah Hüseyn bildirir ki, çıxışlarda Azərbaycanla Ermənistanın sülh danışıqları çözələnib, təkliflər verilib: “Sülh müqaviləsi mətnində Azərbaycanın ərazi bütövlüyünün 1919-cu ildə, faktiki tanınma dövründə olduğu kimi 114 min kvadrat kilometr həddində müəyyən edilməsi vacib sayılıb, Zəngəzur dəhlizinin statusu, Ermənistanın silahsızlaşdırılması, Ermənistanda revanş ideologiyasına qadağa qoyulması, Azərbaycana qarşı təcavüzün təşkilatçılarının və müharibə canilərinin cəzalandırılması öhdəliyi, Ermənistanın Azərbaycana təzminat ödəməsi, Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin yurdlarına qayıtması kimi məsələlərin nəzərdə tutulması istənib”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, Ermənistanın açıq təcavüzünə çevrilib.

1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, bunun ardınca işğalçı müharibə alovlanıb, 1994-ci il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin idarəçiliyindədir.

Hazırda danışıqlar aparılır, sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.

Rusiyalılar niyə üsyana qalxmırlar? – “Deuts...

  • 19 Oktyabr 2022
  • comments

Pensiya artımı: hələlik 14,3 faiz görünür

  • 19 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda