2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Dövlət Gömrük Komitəsi bu ölkə ilə ticarət dövriyyəsini 14,7 milyard dollar göstərib. Novator.az bildirir ki, qalan əsas tərəfdaşlar dövriyyəyə görə belə sıralanıb:
Türkiyə – 4,3 milyard dollar
Rusiya – 2,5 milyard dollar
Hindistan – 1 milyard 594,1 milyon dollar
Çin – 1 milyard 529,7 milyon dollar
İsrail – 1,3 milyard dollar
Yunanıstan – 1 milyard 95,1 milyon dollar
Böyük Britaniya – 960,6 milyon dollar
Almaniya – 730,1 milyon dollar
Çexiya – 702,5 milyon dollar
Xorvatiya – 698,2 milyon dollar
Gürcüstan – 579 milyon dollar
İspaniya – 561,3 milyon dollar
Portuqaliya – 556,8 milyon dollar
Ukrayna – 521,7 milyon dollar.