• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP paytaxtın mərkəzinə aksiya təyin edib

  • 19 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP oktyabrın 24-ü saat 16-da paytaxtın mərkəzində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyir. “Turan”ın məlumatına görə, aksiyanın əsas tələbi sərbəst toplaşmaq azadlığının təmin edilməsidir. Partiya sədri Əli Kərimli bildirir ki, paytaxt rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib: “Sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasını istəyirik. Partiyanın 30 sentyabr aksiyasından öncə və aksiya zamanı 177 fəal tutuldu. Onların əksəriyyəti aksiya başlamadan evinin qarşısında saxlandı. Bu, ölkədə sərbəst toplaşmaq azadlığının olmadığını bir daha sübut etdi. Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır, adamlara ölkənin problemlərini hökumət qarşısında qaldırmaq imkanı vermir”.

Əli Kərimli əhalinin işsizlikdən, kəskin bahalaşmadan əziyyət çəkdiyini vurğulayır, 24 oktyabr aksiyasında sosial tələblərin, həmçinin siyasi məhbusların azad edilməsi tələblərinin qoyulacağını deyir.

Sentyabrın 30-da AXCP üzvləri və başqa fəallar Milli Məclisin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları aksiyaya imkan verməyib, parlamentə gedən yolları kəsərək yaxın ərazilərdə toplaşanların bir qismini saxlayıb, xeyli şəxs aksiyadan əvvəl tutulub.

AXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində siyasi və sosial tələbli piketə şərait yaradılmasını istəmiş, paytaxt hakimiyyəti piketi məqsədəuyğun saymamışdı.

APA-nın oktyabrın 19-u axşam yaydığı xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti 24 oktyabr aksiyasına razılıq verməyib. Təşkilatçılara göndərilən cavab məktubunda qeyd olunub ki, piket üçün seçilən ərazi təhsil müəssisələrinə, metro çıxışına, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yola yaxındır, orada toplantı insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsinə ciddi çətinliklər yarada bilər.

Ölkə iqtisadiyyatları üçün proqnoz

  • 19 Oktyabr 2022
  • comments

Prezident baş redaktorları görüşə çağırmışdı…...

  • 19 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda