Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik korpusunda yeniliklərə imza atıb. Mahir Məmməd oğlu Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfir vəzifəsindən geri çağırılıb, Elçin Tələt oğlu Bağırov prezidentin protokol xidmətinin rəisi vəzifəsindən çıxarılaraq Birləşmiş Ərəb Əmirliklərində səfir təyin edilib.
Tural Anar oğlu Rzayev Misirdə və eyni zamanda Sudanda səfir, Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçi vəzifələrindən götürülüb, Əlcəzairdə səfir postuna təyinat alıb.
Elxan Polux oğlu Poluxov Misirdə səfir təyin olunub.
Fikrət Fərman oğlu Axundov Niderlandda səfir, eyni zamanda Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə vəzifələrindən geri çağırılıb.
Rəhman Sahib oğlu Mustafayev Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan) və Monakoda səfir vəzifəsindən Niderlandda səfir postuna keçirilib.
Leyla Yaşar qızı Abdullayeva Fransada, İlqar Yusif oğlu Muxtarov Müqəddəs Taxt-Tacda səfir təyin edilib.