• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünya Bankının Azərbaycan proqnozları

  • 17 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Dünya Bankının Azərbaycan proqnozlarından yazıb: “Dünya Bankı Azərbaycan iqtisadiyyatının gələcəyinə nəzər salıb bildirir ki, indiki iqtisadi siyasət davam edərsə, 2050 ilə qədər ölkəni iqtisadi və demoqrafik fəlakətlər gözləyir. Bu xəbərdarlıq daha çox gənc nəslə ünvanlanıb. 2018-ci ildə ölkədə ümumi işsizlik səviyyəsi 4,9 faiz göstərilib, gənclər arasında isə işsizlik səviyyəsi 12,7 faiz olub.

Dünya Bankının tədqiqatları göstərir ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatı resurslardan asılı qalıb, ölkənin əsas aktiv bazası şaxələnməyib. Ölkədə adambaşına düşən milli gəlir 2000-2014-cü illər arasında dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri azalır.

Dünya Bankı hesab edir ki, qeyri-neft/qaz özəl sektorunun böyüməsi məhduddur. Proqnoza görə, Azərbaycan iqtisadiyyatı 2024-2050-ci illərdə orta hesabla cəmi 0,5 faiz böyüyə bilər. Adambaşına düşən ümumi daxili məhsulun 2020-ci ildəki 5900 ABŞ dollarından 2050-ci ildə 6500 ABŞ dollarına qədər artacağı gözlənir, bu da 30 ilə cəmi 11 faiz artım deməkdir.

Dünya Bankı həmçinin Azərbaycanda əhalinin artımının ləngidiyini, qocaldığını qeyd edir. 2011-2021-ci illərdə ölkədə əhalinin hər min nəfərinə düşən doğum sayı 19,4-dən 11,2-yə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5,8 faizi idi, bu gün həmin göstərici 8 faizdir.

Dünya Bankı narahatdır ki, Azərbaycanda insan kapitalının ümumi aktiv portfeldə yığımı zəifdir. İnsan kapitalı 2000-ci ildə ümumi aktiv portfelin 40 faizini, 2018-ci ildə isə 23 faizini təşkil edib.

Dünya Bankı belə nəticəyə gəlib ki, Azərbaycan iqtisadiyyatının resursdan asılılığı və demoqrafik tendensiyalar struktur dəyişikliklərinə səbəb olur və ölkənin gələcək inkişaf perspektivlərini risk altına qoyur. Hesabatda qeyd olunur ki, qeyri-neft/qaz sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasına diqqət yetirməklə artımı canlandırmaq mümkündür”.

Rusiya gəmisində boşalan yer

  • 17 Oktyabr 2022
  • comments

Artım və azalma göstəriciləri

  • 17 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda