• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üçtərəfli görüş

  • 14 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Oktyabrın 14-ü Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan bir araya gəliblər. Rəsmi məlumata görə, Ceyhun Bayramov oktyabrın 2-də Azərbaycanın sülh müqaviləsinin əsas elementlərini Ermənistana təqdim etdiyini, cavab gözlədiyini bildirib. O, sülh müqaviləsinin baza prinsiplərinin 2022-ci ilin fevral ayında təqdim olunduğunu xatırladıb, oktyabrın 6-da Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyini deyib, bunun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyini vurğulayıb.

Üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif məqamları – kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.

Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.

Hazırda sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-sı Praqada görüşüblər. Görüşün sonunda qəbul edilmiş bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.

Yeni inzibati xəta, yeni məsuliyyət

  • 14 Oktyabr 2022
  • comments

Baydenin Milli Təhlükəsizlik Strategiyası –  “Reut...

  • 14 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Hasilat hesabatı

Son materiallar

comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda