Son 15 ildə Azərbaycan ən çox 2010-cu ildə neft hasil edib: 50,8 milyon ton. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2009-cu ildə 50,4 milyon ton, 2011-ci ildə 45,6 milyon ton neft çıxarılıb.
2008-ci ildə 44,5 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton hasilat qeydə alınıb.
2018-ci ildə 38,8 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton hasilat rəsmiləşib.
2022-ci ilin yanvar-avqust aylarında 21,8 milyon ton neft çıxarıldığı bəyan olunub. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel göstərilib.
Beynəlxalq razılaşma oktyabr üçün gündəlik hasilat normasını 717 min barrel, noyabr və dekabr ayları üçün 684 min barrel müəyyən edib.
2022-ci ilin dövlət büdcəsində neftin barreli 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68 dollarla başlayıb.