Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanış müddəti 3 aydan 25 günə endirilir. Novator.az-ın məlumatına görə, hökumətin 13 oktyabr iclasında çıxış edən müdafiə naziri Suren Papikyan belə deyib. O, qərarı 3 aylıq hərbi toplanışların effektsiz olması, həmçinin iş yerlərində problem yaratması ilə əsaslandırıb.
Azərbaycanda hərbi vəzifəlilər il ərzində bir dəfədən çox olmayaraq 1-2 ayadək müddətə toplanışlara çağırıla bilərlər.