• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Telman Seyfullayev bəraət gözləyir

  • 12 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş AXCP üzvü Telman Seyfullayevin işi üzrə yeni prosesi oktyabrın 26-na təyin edib. Novator.az-a danışan Telman Seyfullayev deyib ki, həmin gün yekun qərarın çıxarılması mümkündür: “Mən heç bir cinayət törətmədiyim halda əsassız məhkum olunmuşam, bəraət istəyirəm”.

1962-ci il təvəllüdlü Telman Seyfullayev xalq hərəkatının fəalıdır. O, 2020-ci il iyulun 20-də tutulub, noyabrın 17-də ev dustaqlığına buraxılıb.

2021-ci il iyunun 22-də Səbail Rayon Məhkəməsi Telman Seyfullayevə 2 il 7 aylıq şərti həbs cəzası kəsib, 2 il 3 ay sınaq müddəti qoyub. Bakı Apellyasiya Məhkəməsi oktyabrın 20-də həmin hökmü qüvvədə saxlayıb.

2022-ci il iyunun 29-da Ali Məhkəmə Telman Seyfullayevin işini yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisdə mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən AXCP-nin 15 üzvü bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfərin, dekabrın 7-də 15 nəfərin ev dustaqlığına buraxılmasına qərar verilib.

AXCP üzvlərindən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Ruslan Əmirov, Asif Yusifli, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov, Seymur Əhmədov, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev müxtəlif müddətlərə azadlıqdan şərti məhrum ediliblər.

2021-ci ildə Səbail Rayon Məhkəməsinin çıxardığı hökmləri Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2022-ci il aprelin 26-da Ali Məhkəmə Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmovun şikayətlərini təmin etməyib.

İyunun 29-da Ali Məhkəmə Telman Seyfullayev, İsmayıl Həsənov, Ceyhun Novruzov və Gündüz Mirzəyevin şikayətləri üzrə qərar çıxarıb. Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan şəxslərin cəzaları qüvvədə saxlanıb.

Bişkek sənədləri

  • 11 Oktyabr 2022
  • comments

Erkən vəsiqələr

  • 12 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda