BMT Baş Məclisi İnsan Hüquqları Şurasına yeni üzvlər seçib. Novator.az bildirir ki, 11 oktyabr iclasında dəstək qazanan 14 ölkə bunlardır: Banqladeş, Qırğızıstan, Maldiv, Vyetnam, Cənubi Afrika Respublikası, Əlcəzair, Mərakeş, Sudan, Belçika, Almaniya, Gürcüstan, Rumıniya, Çili, Kosta Rika. Onların üç illik səlahiyyət müddəti 2023-cü il yanvarın 1-də başlayır.
BMT-nin qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. İnsan Hüquqları Şurası İsveçrənin Cenevrə şəhərində qərar tutur, bu quruma 47 ölkə daxildir.
1945-ci ildə qurulan BMT-nin 193 üzvü var.