• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-dan dəstək zəngi

  • 11 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 10-da prezident İlham Əliyevə zəng edib. Məlumata görə, dövlət katibi Azərbaycan və Ermənistan rəsmilərinin son görüşlərini davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib, Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində təmasların əhəmiyyətini vurğulayıb. O, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələrinin bir araya gəldiyini də xatırladıb.

Azərbaycanın oktyabrın 4-də 17 erməni əsiri azad etməsini müsbət addım kimi dəyərləndirən Entoni Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.

Dövlət katibi sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.

İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş görüşü müsbət qiymətləndirib, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib: “Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər”.

Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-sı Praqada görüşüblər. Görüşün sonunda qəbul edilmiş bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır: “Bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılaşıb. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.

Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.

Yaxın ölkələrin koronavirus itkiləri

  • 11 Oktyabr 2022
  • comments

Azərbaycan nefti 102 dollara satılır

  • 11 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda