Azərbaycanın milli futbol komandası 2024-cü ilin Avropa çempionatının seçmə mərhələsində F qrupuna düşərək Belçika, Avstriya, İsveç və Estoniya yığmalarına rəqib olub (Almaniyada keçiriləcək final raunduna vəsiqə almaq üçün qrupda azı ikinci yeri tutmaq gərəkdir). Novator.az həmin komandalarla əvvəlki oyunların nəticələrinə nəzər salıb.
2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan Belçikaya səfərdə 0:3, evdə 0:1 hesabı ilə uduzub.
2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan səfərdə Belçikaya 1:4 hesabı ilə uduzub, evdəki oyunda heç-heçə qeydə alınıb – 1:1.
2006-cı ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan səfərdə Avstriyaya 0:2 hesabı ilə uduzub, evdəki oyun qolsuz bərabərliklə bitib.
2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan Avstriyaya səfərdə 0:3, evdə 1:4 hesabı ilə uduzub.
2002-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan İsveçə evdə 0:1, səfərdə 0:3 hesabı ilə yenilib.
Estoniya ilə bütün oyunlar hazırlıq matçı olub: 1996-cı ildə 0:0 hesabı, 1997-ci ildə 0:2 və 0:1 hesabları, 1998-ci ildə 0:0 və 2:1 hesabları, 1999-cu ildə 2:2 hesabı, 2002-ci ildə 0:0 hesabı, 2013-cü ildə 2:1 hesabı qeydə alınıb.