• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

UEFA-nın klub reytinqi

  • 07 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az UEFA-nın klub reytinqinə nəzər salıb.

İlk beşlikdə İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa yer alır.

Azərbaycan 55 üzv arasında 29-cudur.

2022-2023 mövsümündə komandaları qalan Ukrayna 15-ci, Türkiyə 18-ci, Moldova 32-ci, Latviya 35-ci, Ermənistan 38-ci, Litva 41-ci pillədədir.

Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Qrup mərhələsi və sonrakı raundlar üçün 1-5 arası bonus xalları da var.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qrup raundlarının yarılandığı 2022-2023 mövsümündə Azərbaycan 3,000 əmsal əldə edib.

Ölkənin tək təmsilçisi “Qarabağ” Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Nant” (Fransa) komandaları ilə mübarizə aparır, 6 xalla ikinci yerdədir.

Çempionlar Liqasındakı komandaların 14-nün turnirdə zəfəri var. 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 14, “Milan” 7, “Bavariya”, “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) 3, “Benfika”, “Yuventus”, “Portu”, “Çelsi” 2, “Seltik”, “Marsel”, “Borussiya” (Dortmund) 1 titula sahibdir.

Avropa Liqasında yer alan komandaların 3-ü turnirdən qalib ayrılıb. 1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış turnirdə “Feyenoord” 2, PSV, “Mançester Yunayted” 1 zəfər əldə edib.

Konfrans Liqasında ilk mövsümü – 2021-2022 mövsümünü udan “Roma” Avropa Liqasındadır.

Çempionlar Liqasının qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.

4 il 7 ayın bir kursu

  • 07 Oktyabr 2022
  • comments

ADR israr edir

  • 07 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda